Bu gün saat 14:30 radələrində Quba şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 15 mart tarixində xəbər verir.
Məlumata görə, Əliqulu Nərimanov küçəsində 7-ci sinif şagirdi, 14 yaşlı Şəlalə Aslanova piyada zolağı ilə yolu keçib. Bu zaman “Mercedes” markalı avtomobil onu vurub. Sürücü öz maşını ilə uşağı Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırıb. İlkin məlumata görə, məktəbli xəsarətlər alıb.