Quba şəhəri Heydər Əliyev prospektində aparılan asfaltlama işlərindən sonra kanalizasiya lüklarının yol səviyyəsindən yuxarıda qalması narahatlıq doğurub.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, lükların bu vəziyyətdə qalması həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də təhlükə yaradır.
“Lüklara dəyən təkərlərimiz zədələnir. Bundan əlavə, onların düzgün yerləşdirilməməsi yağış və əriyən qarın normal axınının qarşısını alır, bu da bəzi evlərin su altında qalması riskini artırır. Aidiyyəti qurumların bu problemi tezliklə aradan qaldırmasını istəyirik””,- deyə sakinlər bildiriblər.