Quba şəhərinin Dəvədabanı yaşayış massivində əsas yollardan birini su basıb.
Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər. Onların sözlərinə görə, küçədə yağış sularının kənarlaşdırılması üçün infrastruktur yoxdur. Bu səbəbdən ərazidə mütəmadi olaraq belə vəziyyət yaranır.
Nəticədə piyadaların hərəkəti mümkünsüz olur. Xüsüsən məktəbli uşaqlar əziyyət çəkirlər. Məktəblilər məcbur qalaraq uzaq olan digər yollardan istifadə edirlər.
Sakinlərin sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə rəsmi qurumlara müraciət olunub. Bununla belə heç bir tədbir görülməyib.