top
Qubada işçi tapmaq niyə çətindir? – Deputatdan AÇIQLAMA
15 aprel 2026, 11:37
- ↺ +

Qubada işçi tapmaq niyə çətindir? – Deputatdan AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

59 saylı Quba seçki dairəsinin deputatı, iqtisadçı alim Əlibala Məhərrəmzadə bölgədə məşğulluq, turizm və sosial problemlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Modern.az-ın məlumtına görə, deputat bildirib ki, seçicilərin müraciətlərinin böyük hissəsi şəxsi problemlərlə bağlıdır. Hər ay onlarla vətəndaş qəbul edilsə də, işlə təmin olunanların əksəriyyəti qısa müddətdə işdən ayrılır.

Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi motivasiya çatışmazlığı və əmək intizamı ilə bağlı problemlərdir:

"İşlə təmin etdiyimiz 15 nəfərdən 10 gün sonra cəmi biri qalır".

Deputat qeyd edib ki, bəzi vətəndaşlar daimi işdə çalışmaqdansa, mövsümi işlərə üstünlük verir və qısa müddətdə daha çox qazanc əldə etməyə çalışır.

"Quba turizm potensialının 5 faizini belə istifadə etmir"

Məhərrəmzadə Qubanın turizm imkanlarının hələ də tam açılmadığını bildirib. Onun sözlərinə görə, bölgə təbii şərait və coğrafi mövqe baxımından üstün olsa da, xidmət səviyyəsi və infrastruktur problemləri inkişafı ləngidir.

Deputat xüsusilə xidmət sektorunda çatışmazlıqları vurğulayıb və bu sahədə uzunmüddətli sistemli işlərin vacibliyini qeyd edib.

Gənclər niyə Rusiyaya üz tutur?

Deputatın fikrincə, əsas problemlərdən biri də gənclərin erkən yaşda ölkəni tərk etməsidir:

"16-17 yaşlı gənclər Rusiyaya işləməyə gedir, halbuki eyni qazancı Qubada əldə edə bilərlər".

O bildirib ki, gəncləri cəlb edən əsas amillər yalnız maddi deyil, həm də sosial və psixoloji faktorlarla bağlıdır.

Ucuz turlar narazılıq yaradır

Deputat turizm sektorunda başqa bir problemə də diqqət çəkib. Onun sözlərinə görə, Qubaya təşkil olunan 10–12 manatlıq ucuz tur paketləri geniş yayılıb, lakin bu turların keyfiyyəti aşağıdır və turistlərin narazılığına səbəb olur.

"İnsanlar ucuzluğa üstünlük verir, nəticədə keyfiyyətsiz xidmətlə qarşılaşırlar".

Əsas problem: insan faktoru

Deputatın fikrincə, həm məşğulluq, həm də turizm sahəsində əsas maneə insan faktorudur. Xidmət mədəniyyətinin formalaşdırılması və əmək bazarında yanaşmanın dəyişməsi olmadan ciddi irəliləyiş mümkün deyil.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər