Qubada yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 10 iyun tarixində məlumat verir.
Qəza Əliqulu Nərimanov və Ş.İ.Xətai küçələrinin kəsişməsində iyunun 9-u saat 13:00 radələrində baş verib. “VAZ- 2107” markalı avtomobil yol vermədiyinə görə “Ford Tranzit” markalı avtomobillə toqquşub.
Nəqliyyat vasitələri yararsız hala düşüb. Əraziyə polis və sığorta əməkdaşları cəlb olunublar.