top
Qubada faciə unuduldu? Təhlükəli əyləncə yenə avtomobil yolunda – VİDEO
Video
06 iyul 2026, 15:06
- ↺ +

Qubada faciə unuduldu? Təhlükəli əyləncə yenə avtomobil yolunda – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubanın turistik məkanlarından biri olan Qımılqazma kəndi ərazisində bir müddət əvvəl ölümlə nəticələnən hadisəyə baxmayaraq, təhlükəli mənzərə yenidən təkrarlanır.

Shimal.News-a daxil olan görüntülərdən məlum olur ki, əraziyə gələn çoxsaylı turistlər açıq sahədə at gəzintisi, kvadrosikl və digər əyləncə növlərindən istifadə edirlər. Bu fəaliyyət bölgəyə gələn turistlərin sayını artırmaqla yanaşı, yerli sakinlərin bir qisminə mövsümi gəlir əldə etmək imkanı da yaradır.

Lakin ən ciddi problem at və kvadrosikllə birbaşa avtomobil yoluna çıxılmasıdır. Həm istirahət məqsədilə gələn şəxslər, həm də hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri üçün bu vəziyyət real təhlükə yaradır. 

Bununla yanaşı, kvadrosikllərin yaratdığı yüksək səs-küy də ərazidə yaşayan bəzi sakinlərin narazılığına səbəb olur.

Xatırladaq ki, mart ayında məhz bu ərazidə baş vermiş oxşar hadisə 27 yaşlı gəncin ölümü ilə nəticələnmişdi. Həmin faciədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi gözlənilsə də, hazırkı vəziyyət göstərir ki, təhlükəli davranışlardan nəticə çıxarılmayıb.

Bundan əlavə, təhlükəsizlik qaydalarına əməl olunması məsələsi də ciddi suallar doğurur. At gəzintiləri və kvadrosikl turları müəyyən təhlükəsizlik standartlarına uyğun təşkil edilməlidir. Xüsusilə yaş məhdudiyyətinə riayət olunması, azyaşlıların bu nəqliyyat vasitələrini idarə etməsinə yol verilməməsi, eləcə də dəbilqə və digər fərdi mühafizə vasitələrinin məcburi istifadəsinə nəzarət vacib şərtlərdəndir. Lakin ərazidə müşahidə olunan mənzərə göstərir ki, bəzi hallarda bu tələblərə lazımi səviyyədə əməl edilmir.

Turizmin inkişafı bölgə üçün mühüm əhəmiyyət daşısa da, insan həyatı hər şeydən önəmlidir. Aidiyyəti qurumların ərazidə təhlükəsizlik qaydalarına nəzarəti gücləndirməsi, at və kvadrosikl xidmətləri göstərən şəxslərin fəaliyyətinə nəzarət etməsi, avtomobil yoluna çıxışın qarşısını alması, yaş həddi və dəbilqə tələblərinin icrasını təmin etməsi zəruridir. Əks halda, mart ayında yaşanan faciənin yenidən təkrarlanması riski qalmaqda davam edir.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər