Quba rayonunda hər gün minlərlə insanın istifadə etdiyi körpü təhlükəli vəziyyətə düşüb.
Shimal.News xəbər verir ki, söhbət II Nügədi kəndinin girişində yerləşən, Qaraçayın üzərində olan yol ötürücüsündən gedir.
Sakinlərin sözlərinə görə, körpü uzun müddətdir ki, qəzalı vəziyyətdədir. Sel suları çay yatağının dərinə düşməsi və körpünün dayaqlarının yuyulmasına səbəb olub.