Quba şəhərndə növbəti antisanitar vəziyyət və məsul qurumların məsuliyyətsizliyi müşahidə edilir.
Shimal.News-a sakinlərin verdiyi məlumata əsasən, Maksim Qorki küçəsində (Referans tibb mərkəzinin qarşısında) kanalizasiya xətti tutulub. Bu səbəbdən də çirkab sular küçə boyu axır.
Hələlik dövlət qurumlarından problemə müdaxilə edilmədiyi üçün çirkab sular köhnə avtovağzal ərazisinə qədər çatıb.