Quba-Xınalıq yolunun 42-ci km-də minik avtomobillərinin hərəkəti çətinləşib.
“Bizim.Media”nın məlumatına görə, Əlik çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə uçmuş körpünün əvəzinə salınan alternativ yoldan da istifadə mümükün deyil. Buradan yalnız "UAZ" və "Niva" markalı avtomobillər hərəkət edə bilir.
Bir müddət öncə Quba-Xınalıq yolunun 42-ci km-də körpünün uçması haqqında xəbər vermişdik.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/10/Qubada-lik-ay-dad-Avtomobillrin-hrkti-TNLD-FOTOVDEO.mp4"][/video]