Qubanın Alekseyevka kəndində saat 13:30 radələrində avtomobil qəzası qeydə alınıb. Bu barədə ShimalNews 6 fevral tarixində xəbər verir.
Hadisə R.Məmmədov adına tam orta məktəbin yanında olub. “Hyundai” və “VAZ” markalı avtomobillər toqquşub. Polis əməkdaşlarına məlumat verilib.
Şahidlərin sözlərinə görə, ağ avtomobil dönmək istəyəndə digər nəqliyyat vasitəsinə yol verməyib. Bu səbəbdən qəza baş verib.