Qubada M.P.Vaqif və Həsən Əliyev küçələrinin kəsişməsində hərəkət qismən məhdudlaşdırılıb. Bu barədə ShimalNews 27 fevral tarixində məlumat verir.
“Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat idarəsinin əməkdaşları ərazidə çalışırlar. Onlar yolda boyama işlərini icra edirlər. Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
Ərazinin təhlükəsizliyi üçün xəbərdarlıq nişanları quraşdırılıb.