Quba-Xaçmaz yolunda saat 8:00 radələrində avtomobil qəzası qeydə alınıb. Bu barədə ShimalNews 17 fevral tarixində məlumat verir.
Zərdabi qəsəbəsi ərazisində “Hyundai” yük və “Mercedes” minik avtomobilləri toqquşub. Xəsarət alan olmayıb.
Bildirilib ki, qəza yol buzlu olduğuna görə baş verib. Yük avtomobilinin təkəri yolun kənarındakı quyuya düşüb. Sakinlərin köməkliyi ilə onu çıxarmaq mümkün olub.
[video width="640" height="352" mp4="https://shimal.news/storage/photos/2023/02/a.mp4"][/video]