Qubada səhər saatlarında 2 avtomobil toqquşub. Bu barədə ShimalNews 28 noyabr tarixində xəbər verir.
Hadisə M.P.Vaqif və 223-cü atıcı diviziya küçələrinin kəsişməsində baş verib. “KİA” markalı avtomobil “VAZ-2115” markalı maşının qarşısına gözləmədən çıxıb. Nəticədə nəqliyyat vasitələrinə zərər dəyib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Xəsarət alan yoxdur.