Qubada saat 16:55 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 13 dekabr tarixində məlumat verir.
Hadisə Quba dairəsində baş verib. Qusar istiqamətindən gələn “VAZ-21099” yol vermədən “VAZ-2107” markalı avtomobilin qarşısına çıxıb. Bu zaman qəza baş verib.
Xəsarət alan olmayıb. Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar.
[caption id="attachment_33013" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]