Quba şəhəri Maksim Qorki küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Shimal.News xəbər verir ki, adıçəkilən küçədə asfalt örtüyünün yenilənməsi üçün təmir işləri aparılır.
Əraziyə polis əməkdaşları tərəfindən nəzarət olunur. Quba 5 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi tərəfindən hazırlıq işləri aparılır.