Qubanın Əliqulu Nərimanov küçəsində asfaltlama işləri həyata keçirilir. Bu barədə ShimalNews 16 sentyabr tarixində məlumat verir.
Burada yerləşən xeyir-şər evinin yanından qəbiristanlığa kimi asfalt salınması planlaşdırılır. Hazırda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Daha öncə adıçəkilən ərazidə yeni elektrik dirəklərin qurulması haqqında məlumat vermişdik.