top
Qubada ailəsi ilə istirahət edən məmur dava edib - MƏHKƏMƏ
Video
22 iyun 2026, 17:33
- ↺ +

Qubada ailəsi ilə istirahət edən məmur dava edib - MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubanın Qəçrəş kəndi yolunda yerləşən "Alma Bağı" hotelində qonaqlar arasında baş verən dava məhkəmə mübahisəsinə çevrilib.

Qafqazinfo.az-ın yaydığı məlumata görə, hadisə ötən ilin qışında baş verib. İddiaya əsasən, gecə saatlarında yüksək səslə musiqi və səs-küy səbəbindən tərəflər arasında mübahisə yaranıb, daha sonra əlbəyaxa dava düşüb.

Məlumata görə, gecə yarısı 31 yaşlı Kənan İsmayıllı, dostu Mahir və iki xanım tanışı hotel otağında yüksək səslə musiqi dinləyib, nalayiq ifadələr işlədiblər. Həmin vaxt qonşu otaqda 52 yaşlı Ceyhun Nəcəfov ailə üzvləri ilə istirahət edirdi.

Ceyhun əvvəlcə vəziyyətlə bağlı hotel nəzarətçilərinə müraciət edib. Bir müddət sonra səs-küy yenidən davam etdiyindən o, qonşu otağa gedərək qapını təpiklə vurmağa başlayıb. Kənan otaqdan çıxdıqdan sonra tərəflər arasında əlbəyaxa dava baş verib.

Hadisəyə Ceyhun Nəcəfovun hoteldə olan bacanağı Xəqani Əliyev və digər qohumları da qoşulublar. Qarşıdurma yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra başa çatıb.

Araşdırmanın nəticəsində Ceyhun Nəcəfov zərərçəkmiş, Kənan İsmayıllı isə təqsirləndirilən şəxs qismində tanınıb. İstintaqın qərarı tibbi ekspertizaya əsaslanıb. Rəyə görə, Ceyhun Nəcəfovun aldığı zərbələr daha ağır olub və onun burun sümükləri sınıb. Kənanın bədənində aşkar edilən xəsarətlər isə sağlamlığa zərər vurma əlamətləri yaratmadığından dərəcəsi müəyyən edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Kənan İsmayıllı məhkəmədə özünü təqsirli bilməyib. O, əksinə, hotelin dəhlizində bir neçə nəfər tərəfindən yerə yıxılaraq döyüldüyünü və hadisənin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını deyib. Üstəlik zərərçəkmiş şəxsin yüksək vəzifəli şəxs olduğunu və bunun işin gedişinə təsir göstərdiyini iddia edib.

Kənanın sözlərinə görə, Ceyhun Nəcəfov İqtisadiyyat Nazirliyinin Tarif-Qiymət Siyasəti Şöbəsinin müdiridir. O, işə yenidən baxılmasını, hadisəni əks etdirən videonun sübut kimi qəbul edilməsini və qanun qarşısında bərabərlik prinsipi əsasında barəsində bəraət hökmü çıxarılmasını tələb edir.

Etirazdan sonra Ceyhun Nəcəfov da əvvəlki barışıq mövqeyindən imtina edib. Hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır və yekun qərar hələ açıqlanmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər