Qubada marşrut avtobusu və “Niva” toqquşub. Bu barədə ShimalNews 5 oktyabr tarixində məlumat verir.
Hadisə dünən saat 19:45 radələrində H.Əliyev prospektində (“Qafqazoil” yanacaqdoldurma məntəqəsinin yanında) baş verib. “Mercedes” markalı avtobus və “Niva” markalı avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə polis və FHN-in əməkdaşları cəlb ediliblər.
Hadisə yerindən görüntüləri izləyicilərimizə təqdim edirik: