top
Qubada 130 voltluq həyat: Elektrik var, amma güc yoxdur
Video
27 mart 2026, 16:40
- ↺ +

Qubada 130 voltluq həyat: Elektrik var, amma güc yoxdur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonu Vəlvələ kəndində elektrik təsərrüfatının vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Shimal.News-a danışan kənd sakinlərinin sözlərinə görə, yaşayış məntəqəsində elektrik enerjisinin keyfiyyəti illərdir normativ tələblərə cavab vermir.

Xüsusilə aşağı məhəllələrdə gərginlik normadan xeyli aşağı düşür; bəzi hallarda 125-130 volta qədər olur. Bu isə məişət avadanlıqlarının işləməməsinə, hətta sıradan çıxmasına səbəb olur. Sakinlər bildirirlər ki, qış aylarında vəziyyət daha da ağırlaşır: kombi sistemləri işə düşmür və evləri isitmək mümkün olmur.

"Axşam saatlarında vəziyyət daha da pisləşir, gündüz maksimum 160-170 volt olan elektrik axşamlar 110 volta qədər düşür", - deyə sakinlər bildiriblər.

Şikayətçilər iddia edirlər ki, problemin əsas səbəbi kənd ərazisində fəaliyyət göstərən daş karxanalarına çəkilən elektrik xətləridir. Onların fikrincə, kəndə verilən elektrik enerjisinin böyük hissəsi həmin obyektlərə yönləndirilir və bu da yaşayış evlərində gərginliyin aşağı düşməsinə gətirib çıxarır.

Məsələ ilə bağlı vətəndaşlar müxtəlif qurumlara dəfələrlə müraciət etdiklərini bildirirlər. Onların sözlərinə görə, ötən il Energetika Nazirliyinin nümayəndələri əraziyə gələrək vəziyyətlə tanış olub və akt tərtib ediblər. Həmin sənəddə də elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartlara uyğun olmadığı təsdiqlənib.

Sakinə ünvanlanan rəsmi cavab məktubunda isə qeyd olunur ki, kəndin elektrik təchizatında yaranmış problemlər 10 kV-luq hava xətlərində aparılan işlər, o cümlədən daş karxanalarına çəkilmiş xətlər üzrə ağacların budanması və texniki dəyişikliklərlə bağlı olub. Bildirilir ki, bu səbəbdən müəyyən fasilələr və gərginlik dalğalanmaları yaranıb. Eyni zamanda, elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün əlavə texniki tədbirlərin planlaşdırıldığı vurğulanır.

Buna baxmayaraq, 2025-ci ildən bu yana vəziyyətdə ciddi dəyişiklik baş verməyib. Onların sözlərinə görə, problem hələ də davam edir və xüsusilə axşam saatlarında elektrik gərginliyi kritik səviyyədə qalır.

Məsələ ilə bağlı aidiyyəti qurumdan sorğumuza cavab olaraq bildirilib ki, qeyri-iş günü olduğu üçün sualı cavablandırmaq imkanları yoxdur, rəsmi iş günlərində problem tərəflərindən aydınlaşdırılacaq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər