Quba-Xaçmaz yolunda saat 15:45 radələrində avtomobil qəzası qeydə alınıb. Bu barədə ShimalNews 31 yanvar tarixində məlumat verir.
Zərdabi qəsəbəsi ərazisində “VAZ-2104” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, “04” dönmək istəyib və Quba istiqamətində hərəkət edən “06” ona çarpılıb.