Quba-Xaçmaz yolunda saat 15:15 radələrində avtomobil qəzası qeydə alınıb. Bu barədə ShimalNews 6 fevral tarixində xəbər verir.
Zərdabi qəsəbəsi ərazisində ağ və göy “Ford Transit” markalı yük avtomobilləri toqquşub. İlkin məlumata görə, ağ “Ford”un sürücüsü xəstəxanaya çatdırılıb.
Quba, Zərdabi, yol, qəza
Əraziyə polis əməkdaşları cəlb olunublar. Şahidlərin sözlərinə görə, hadisə ötmə əməliyyatı zamanı baş verib.