Qubada yük maşını su kanalına düşüb. Bu barədə ShimalNews 30 sentyabr tarixində məlumat verir.
Hadisə saat 19:10 radələrində Alekseyevka kəndində baş verib. “Shacman” markalı yük avtomobili dönmə manevri etdiyi zaman kanala düşüb.
Hazırda iritonajlı nəqliyyat vasitəsini çıxarmaq üçün əraziyə xüsusi texnika cəlb edilib.
Nəticədə yolun bir hissəsi bağlanıb və bu səbəbdən sıxlıq yaranıb.
[caption id="attachment_28435" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]