top
Quba yolları: Qaş düzəldən yerdə vurub gözü də çıxarıblar - FOTO
28 fevral 2025, 12:11
- ↺ +

Quba yolları: Qaş düzəldən yerdə vurub gözü də çıxarıblar - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba şəhərinin yolları son iki aydır ki, "cərrah bıçağı" altındadır.

Shimal.News  xəbər verir ki,  bu bıçaq elə bil səliqəli cərrahın deyil, təcrübəsiz bir şagirdin əlindədir. Əslində, şəhərin yollarının yenilənməsi gözəl təşəbbüsdür. Amma problem ondadır ki, əməliyyat başlanıb, amma tikinti “həkimləri” xəstəni yarımçıq qoyub getməkdədir.

Qələbə, Fətəli Xan, Hacı Tağı Rüstəmov və daha bir neçə küçə aylar əvvəl qazılıb, sanki arxeoloji qazıntı aparılır. Amma burada nə qədim şəhər qalıqları tapılıb, nə də yerin altından tarixi xəzinə çıxıb. Əksinə, sürücülər üçün "off-road" parkuru, piyadalar üçün isə "sınaq zolağı" yaranıb. İnsanlar hər gün bu "müasir dövrün qədim dövr yolları" ilə addımlayır, maşın sahibləri isə avtomobillərinin hərəkətini yavaşladaraq, sanki mina sahəsindən keçirmiş kimi diqqətlə yol tapmağa çalışırlar.

Ən maraqlısı isə budur: yolların təmiri üçün dövlət büdcəsindən iki milyon manat ayrılıb. Bəs bu pullar hara gedib? Asfalt yox, rahatlıq yox, amma qazılmış, dağıdılmış küçələr var. Əgər yolların təmiri bu cür olacaqdırsa, heç qazmasaydılar daha yaxşı olmazdımı? Axı, bir şeyi düzəltmək istəyərkən onu daha da pisləşdirmək hansı məntiqə sığır?

Bu vəziyyət məşhur bir atalar sözünü xatırladır: "Gözə qaş düzəldən yerdə vurub gözü də çıxartdılar." Quba rayon icra hakimiyyəti yolları abadlaşdırmaq adı ilə onları elə hala salıb ki, indi insanlar əvvəlkindən daha çox əziyyət çəkirlər. İndi Qubanın küçələri təmir gözləyən deyil, sanki savaşdan çıxmış əraziləri xatırladır.

Yolların nə zaman təmir olunmasına gəlincə, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov bildirib ki, hava şəraiti normallaşan kimi küçələr asfaltlanacaq. Lakin bu açıqlama Quba sakinləri üçün "səbr kasasını" dolduran növbəti damladır. Çünki artıq iki aydır ki, bu küçələr bataqlıqdan, palçıqdan və daşlı yollardan ibarət bir səhnəyə çevrilib.

Əgər yolların taleyi havaya bağlıdırsa, bəs niyə təmir işləri başlananda bu hava şəraiti nəzərə alınmadı? Yoxsa, asfaltı da bahar çiçəkləri kimi günəşli havanı gözləyərək açacaqlar? Hər gün işə, məktəbə və bazara gedən sakinlər üçün bu yollar artıq çətinlik yox, sanki bir "idman meydançası"na çevrilib. Adam özünü gah "ekstremal yürüş yarışında", gah da kənd yollarında dəvə karvanı ilə səfərdə hiss edir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər