Qubada sel Əlik kəndi ərazisində körpünü uçurub. Bu barədə ShimalNews 29 iyul tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Uçqun Quba-Xınalıq yolunun 42-ci km-də baş verib. Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Quba FHK sədri Tariyel İbrahimovun sözlərinə görə, alternativ yol var. Yeni körpü inşa olunana qədər əhali və turistlər yeni çəkilən Xınalıq-Susay-Alpan yolundan istifadə edə bilərlər.