Quba-Xaçmaz yolunun bir hissəsində yol sürüşkəndir. Bu barədə ShimalNews 8 fevral tarixində məlumat verir.
Gecə saatlarında havanın temperaturu -4 dərəcəyə enib. Səhər saat 7:00 radələrindən isə qarlı hava müşahidə olunur.
Qubadan başlayaraq Xaçmazın Hacıəlibəy kəndinə qədər yol səthi sürüşkəndir. Avtomobillər 30-40 km/s sürəti ilə hərəkət edirlər. Digər ərazilərdə məhdudiyyət yoxdur.