Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində yol qəzası qeydə alınıb.
“Bizim.Media”-nın məlumatına görə, Xaçmaz rayon sakini Ziya Ağasiyevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil yolun sağında dayanmış “Vaz-2107” markalı avtomobilə çarpılıb.
Nəticədə “Vaz-2107” markalı maşın yararsız hala düşüb. Xoşbəxtlikdən qəza anında avtomobildə heç kəs olmayıb.
Faktı Quba rayon polis şöbəsi araşdırır.