Qubada səhər saat 8:45 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 16 fevral tarixində məlumat verir.
Hadisə Əliqulu Nərimanov küçəsində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillər toqquşaraq ciddi deformasiyaya uğrayıblar.
Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Məlumata görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib.