Quba rayon səmasında qırıcı təyyarənin aşağı hündürlükdə uçduğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara Müdafiə Nazirliyi münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, iyulun 23-də Azərbaycan Hərbi Hava Qüvvələrinin təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq aviasiya vasitələri ilə təlim-məşq uçuşları icra edilib.
"Təlim uçuşları bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla yerinə yetirilib", - məlumatda qeyd olunub.