Quba rayon sakini Xızıda qəzaya uğrayıb. Bu barədə ShimalNews 26 dekabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün Məşədihəsən kəndi ərazisində baş verib. Quba rayon sakini Ş.Qafarov idarə etdiyi “Ford Transit” markalı avtomobili beton maneəyə vurub. Müxtəlif xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Araşdırma aparılır.