Quba Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə yenidən qurulmuş yola baxış keçirib. Bu haqda ShimalNews 17 avqust tarixində məlumat verir.
İcra başçısı İlqar Mahmudov Əski İqrığ kəndinə gələrək aparılan işlərlə tanış olub, sakinlərlə ətraflı söhbət edib, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Daha sonra icra başçısı yenidən qurulmaqda olan Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran yolunda, həmçinin Ağçay üzərində tikilməkdə olan körpüdə aparılan işlərlə maraqlanıb.