top
Quba, Qusar və Xaçmazda imtahan qalmaqalı
22 dekabr 2025, 16:00
- ↺ +

Quba, Qusar və Xaçmazda imtahan qalmaqalı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba, Qusar və Xaçmaz sakinləri "Şahdağ" kurslarından narazılıq edirlər.

Məsələ ilə bağlı Shimal.News-a müraciət edən valideynlərin sözlərinə görə, 21 dekabr tarixində Xaçmazda keçirilməsi nəzərdə tutulan sınaq imtahanları ləğv edilsə də, bu barədə əvvəlcədən heç kimə məlumat verilməyib.

"Dünən yağışlı hava şəraitinə baxmayaraq, imtahan mərkəzinə yollandıq. Lakin orada bizə imtahanın keçirilməyəcəyi, ləğv edildiyi bildirildi. Halbuki imtahanın ləğvi ilə bağlı kurs tərəfindən bizə öncədən heç bir məlumat verilməmişdi", - deyə valideynlər bildiriblər.

Eyni hal Qubada yaşayan və sınaq imtahanı üçün ödəniş edən şagirdlərin də başına gəlib. Belə ki, əvvəlcə imtahanın saat 10:00-da, daha sonra isə 11:00-da keçiriləcəyi bildirilsə də, sınaq sonradan ləğv edilib.

"Uşaqlarımızı sınağın keçiriləcəyi ünvana aparıb orada gözlədik. İki dəfə imtahanın vaxtı dəyişdirildikdən sonra bizə yaxınlaşaraq sınağın təxirə salındığını dedilər", - deyə valideynlərdən biri narazılığını ifadə edib.

Qusardan olan izləyicimiz isə saat 11:00-da başlamalı olan imtahanın yalnız saat 13:00-da sual kitabçalarının paylanılması ilə başlandığını bildirib:

"Təsəvvür edin, uşaqlarımızı neçə saat gözlədiblər. Bu da azmış kimi, paylanılan materiallarda da səhvlər olub - sual kitabçası verilib, lakin cavab kartı təqdim edilməyib..."

Məsələ ilə əlaqədar olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Verilən rəsmi məlumata əsasən, "Şahdağ" kursları tərəfindən keçirilən sınaq imtahanlarında müəyyən təşkilati çatışmazlıqlar olduğundan imtahanların keçirilməsi mümkün olmayıb.

Bildirilib ki, yaxın günlərdə imtahanlar yeni tarixdə təşkil ediləcək və ya ödəniş etmiş bütün vətəndaşların vəsaiti geri qaytarılacaq.

@shimalnews

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər