Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 20 fevral tarixində məlumat verir.
Qəza fevralın 19-u saat 18:00 radələrində M.P.Vaqif küçəsindəki “İlqaroğlu” mağazasının qarşısında qeydə alınıb. Yolu keçmək istəyən piyadanı “VAZ-2106” vurub. 58 yaşlı Əkbər Heybətov Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Əraziyə DYP əməkdaşları cəlb ediliblər.