Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 19 dekabr tarixində məlumat verir.
Hadisə dekabrın 18-i saat 14:15 radələrində “Qafqazoil” yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. “Mercedes C-Class” və “VAZ-2109” markalı avtomobillər toqquşub.
Şahidlərin sözlərinə görə, “09” yanacaq dolduraraq gözləmədən yola çıxıb və qəza baş verib.
[caption id="attachment_33649" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]