Quba-Qəcrəş yolunda avtomobil aşıb. Bu barədə ShimalNews 24 dekabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi ötən gün saat 19:30 radələrində asma körpü adlanan obyektin yaxınlığına baş verib. “VAZ-2107”-nin sürücüsü idarəetməni itirib və yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.
Xəsarət alan olmayıb. Əraziyə evakuator cəlb olunub.
Məlumata görə, qəza yolun buzlu olmasına görə baş verib.