Qubaya gələn turistlərin ən sevdikləri kəndlərdən biri olan Qəçrəşdə yol işıqlandırılacaq. Bu barədə ShimalNews 3 yanvar tarixində məlumat verir.
Sabahdan başlayaraq “Azərişıq” ASC-nin əməkdaşları qazıntı işlərinə başlayacaqlar. Artıq naqilləri çəkmək üçün xüsusi borular əraziyə gətirilib.
Məlumata görə, yarım il ərzində Qəçrəşin girişindən Xınalıq istiqamətində əsas yol tam işıqlandırılacaq.