Qubada yolu qaçaraq keçmək istəyən qadını avtomobil vurub. Bu barədə ShimalNews 20 fevral tarixində xəbər verir.
Hadisə fevralın 18-i saat 15:10-da Zərdabi qəsəbəsində qeydə alınıb. Avtobusun arxasından keçən qadın qəfil qaçmağa başlayıb. Bu zaman onu hərəkətdə olan “Toyota” markalı avtomobil vurub.
Sürücü xəsarət alan piyadanı Quba Rayon Diaqnostika Mərkəzinə çatdırıb. Zərərçəkənin vəziyyəti orta ağırdır.
Görüntünü izləyicilərimizə təqdim edirik: