Quba rayonunun Zizik kənd yolunun asfalt örtüyünün döşənməsi işləri aparılır. Bu haqda ShimalNews 27 dekabr tarixində məlumat verir.
Quba-Xaçmaz avtomobil yolundan 2 km məsafədə yerləşən kənd yolunun təmirinə ötən il başlanılsa da, müəyyən səbəblərdən yarımçıq qalmışdı. Yolun asfaltlanma işləri 11 saylı xüsusi təyinatlı Yol İstismar İdarəsi tərəfindən həyata keçirilir.
İdarədən verilən məlumata görə, uzunluğu 3 km-ə yaxın olan kənddaxili yolun qalınlığı 6-7 sm, eni 5-6 metr olacaq. Hava şəraitinin əlverişli olacağı təqdirdə təmirin 10-15 gün ərzində yekunlacağı planlaşdırılır.
