Quba rayonunun Küpçalqışlaq kəndinin əsas yolu uçub. Bu haqda ShimalNews 27 iyul tarixində "Report"a istinadən məlumat verir.
Kəndə giriş-çıxış hazırda məhdudlaşıb. Buna səbəb Qudyalçaya güclü sel sularının gəlməsi olub. Sel, eyni zamanda çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.
Sürücülərin hərəkəti üçün alternativ yollar axtarılır.