Qubada bir yolda ard-arda 2 qəza baş verib. Bu barədə ShimalNews 25 yanvar tarixində məlumat verir.
Hər iki yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Kia” markalı yük avtomobili Nadir İbrahimov küçəsinə dönən zaman “VAZ-2106” markalı avtomobillə toqquşub. Xəsarət alan olmayıb. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.
Digər qəza zamanı “Opel” markalı avtomobil “VAZ-2107” markalı avtomobilə çarpılıb. Şahidlərin sözlərinə görə, hadisə sürücülərin ara məsafəsi saxlamadıqlarına görə baş verib.
[caption id="attachment_35542" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]