Qubada saat 13:15 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 13 dekabr tarixində məlumat verir.
Hadisə H.Əliyev prospektində, “Grand” marketinin qarşısında baş verib. “VAZ-2106” və “KİA Ceed” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar.