Dünən Bakı-Quba yolunda baş verən qəzada dünyasını deyişən 31 yaşlı idman müəllimi Qubada dəfn olundu. Bu barədə ShimalNews 14 dekabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Bu gün mərhum Elvin Rüstəmov ata yurdunda, 1-ci Nügədi kənd məzarlığında torpağa tapşırılıb. Mərasimdə onun ailə üzvləri, yaxınları, kənd sakinləri və işlədiyi Xızı rayonunun Baxışlı kənd məktəbinin müəllim heyəti iştirak ediblər.
Elvin Rüstəmov müəllim olması ilə yanaşı idman jurnalisti idi. O, “Neftçi” futbol klubunun şərhçisi olub.
Daha öncə Elvinin və daha 1 nəfərin öldüyü, 4 nəfər isə yaralandığı haqqında məlumat vermişdik.