Qubada məktəblini “Qazel” vurub. Bu haqda ShimalNews-a 21 dekabr tarixində məlumat daxil olub.
Hadisə Rəhman Məmmədov adına Alekseyevka kənd məktəbinin qarşısında baş verib. Dərsdən çıxan 5-ci sinif şagirdini Quba-İqriq istiqamətində hərəkət edən avtomobil vurub.
Məktəbli rayon xəstəxanasına çatdırılıb.