Quba şəhərində iki nəqliyyat vasitəsi toqquşub. Bu haqda 30 mart tarixində Shimal.news məlumat verir.
Hadisə saat 15:15 radələrində Heydər Əliyev prospektində Beynəlxalq Bankın qarşısında qeydə alınıb. Burada “Opel” markalı avtomobil “Mercedes” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb ara məsafəsini saxlamamaq olub.
Əraziyə YPX və sığorta əməkdaşları cəlb olunub.
[caption id="attachment_38963" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]