Quba rayonunda qısa geyim tərzi ilə diqqət çəkən qadın yerli sakinlər arasında müzakirələrə səbəb olub.
Shimal.News-un məlumatına görə, hadisə bazar ərazisində baş verib. Şahidlərin bildirdiyinə görə, rayona istirahət üçün gələn qadının bazara gedərkən seçdiyi geyim tərzi ətrafdakı insanların diqqətini çəkib.
Yerli sakinlər, xüsusən də satıcılar qadına çox qısa və açıq-saçıq geyiminin bazar üçün uyğun olmadığını bildiriblər. Tərəflər arasında söz dueli başlayıb və qadın bazarı tərk etmək məcburiyyətində qalıb