Quba-Xaçmaz yolunda 2 avtomobil toqquşub. Bu barədə ShimalNews 24 fevral tarixində məlumat verir.
Hadisə Alekseyevka kəndi ərazisində saat 9:00-da baş verib. “KİA” və “Lada” markalı avtomobillər qəzaya düşüb. Xəsarət alan olmayıb.
Əraziyə YPX əməkdaşları cəlb olunub.