top
Qəhrəman şəhidlərimizin doğum günüdür
01 may 2026, 10:13
- ↺ +

Qəhrəman şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhidlərimiz - İxtiyar Bayramov, Xaqani Nəsibov, Elməddin Mustafayev və Tural Məmmədovun doğum günüdür.

İxtiyar Bayram oğlu Bayramov 1 may 1998-ci ildə Quba rayonunun ucqar Qalaxudat kəndində anadan olub. Qalaxudat kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb. 2020-ci ilin avqust ayında gizir rütbəsi ilə yenidən Ordu sıralarına qayıdıb.

İxtiyar Bayramov 19 sentyabr 2023-cü ildə Ağdam rayonunun Gülablı kəndi istiqamətində şəhid olub.

O, "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xaqani Aydın oğlu Nəsibov 1 may 1991-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. O, 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 16 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olub.

"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Elməddin Məhəmməd oğlu Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda anadan olub. O, 5 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Füzuli rayonunda davam etdirib.

Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. O, 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Tural Arif oğlu Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunda xidmətini davam etdirib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

Gizir Tural Məmmədov 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. O, 29 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

O, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər