top
Qəbələli Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 2026, 09:24
- ↺ +

Qəbələli Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

O, Sumqayıt şəhərində orta təhsil alıb. Sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.

Polad Həşimov döyüş bölgələrində Vətənimizin müdafiəsi uğrunda ona həvalə edilmiş əmr və tapşırıqları layiqincə yerinə yetirərək "general-mayor" ali hərbi rütbəsinədək yüksəlib.

 2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə mükafatlandırılıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.

General-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonunun qarşısında yerləşən düşmənin hücum cəhdlərinin və təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra general-mayor P.Həşimov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

İkinci Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər