top
Qəbələdə Qış nağılı II Beynəlxalq Festival yekunlaşdı
Foto
09 fevral 2026, 12:08
- ↺ +

Qəbələdə "Qış nağılı" II Beynəlxalq Festival yekunlaşdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə Qəbələdə keçirilən "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalı başa çatıb.

AZƏRTAC-ın məlumatına görə, fevralın 5-də başlayan festival çərçivəsində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim edilib. 

Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti keçirilib. Mərasimdə Leyla Əliyeva, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

"Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi" adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri səsləndirilib, İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxıb.

Konsertə başlamazdan əvvəl ispan və Azərbaycan musiqiçilərinin yaradıcılığı barədə qısa məlumat verilib. Bildirilib ki, dünya şöhrətli flamenko pianoçusu və bəstəkar Andres Barrios klassik musiqi təhsili alıb. Caz musiqisi sahəsində dərin biliklərə yiyələnən sənətçi eklektik və yenilikçi yaradıcılıq üslubu ilə seçilir. Onun musiqisi XXI əsr flamenkosunun cəsarətli və müasir ifadəsi kimi, müxtəlif dünya musiqi üslublarını ustalıqla birləşdirir.

Diqqətə çatdırılıb ki, konsertdə iştirak edən azərbaycanlı musiqiçi, tarzən İbrahim Babayev hər zaman özünəməxsus eksperimentləri ilə seçilməyi bacarır. O, muğam ənənələrinə əsaslanaraq, onlara elektron və çağdaş musiqi elementlərini əlavə edir. Pianoçu Nicat Aslanov isə muğam, etnocaz və müasir cazın sintezinə əsaslanan bir yaradıcılığa sahibdir.

Konsertdə Andres Barriosun ifasında "Ecdysis", "Meraki", "Noche Andaluza", "İsbilya", "La Colombiana" və ispan xalq nəğmələri səsləndirilib. İspaniyalı rəqqasə Cristina Cazorla və rəqqas Javier Morenonun təqdim etdikləri flamenko rəqs kompozisiyaları, həmçinin tarzən İbrahim Babayevin pianoçu Andres Barriosla birgə ifa etdiyi muğam və flamenko improvizələr, xalq mahnısı "Yaylıq" tamaşaçılara böyük zövq verib.

Yekun konsertində, həmçinin tanınmış azərbaycanlı pianoçu və caz bəstəkarı Nicat Aslanovun və caz triosunun üzvləri Fuad Cəfər (bas gitara) və Həsən Bilalovun (zərb alətləri) ifasında solo performans və flamenko improvizələri təqdim olunub.

Beləliklə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə Qəbələdə keçirilən "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. 2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən "Qış nağılı" festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.




 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər