Qubada idarəetmədən çıxan avtomobil maneəyə çarpılıb. Bu barədə ShimalNews 26 dekabr tarixində məlumat verir.
Hadisə dekabrın 25-i saat 19:20-də baş verib. “BMW” markalı avtomobil Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman eyniadlı parkla üzbəüz yoldan çıxaraq çəpərə dəyib. Avtomobil yararsız hala düşüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlər bildiriblər ki, qəzaya səbəb yüksək sürət olub.