top
Qaza görə ödənişlər hansı tariflə hesablanacaq? – RƏSMİ AÇIQLAMA
06 yanvar 2025, 15:49
- ↺ +

Qaza görə ödənişlər hansı tariflə hesablanacaq? – RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azəriqaz" İstehsalat Birliyi elan edib ki, smart-kart tipli sayğaclarda sıfırlanma dekabrın 31-dən yanvarın 1-nə keçən gecə həyata keçirilib. Mexaniki sayğaclarda isə bu proses yanvarın 6-da baş verəcək.

Tarif Şurası bir çox kommunal xidmətlər kimi, qaz istehlakına da yeni qiymətləri təsdiqləyib.

Yanvarın 2-dən yeni tariflərə əsasən:


  • illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik;

  • 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik;

  • 2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.


Həmçinin 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb. Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:

  • 48% abonent üzrə - 32 qəpik;

  • 39% abonent üzrə - 1 manat 43 qəpik;

  • 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.


Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Eyni zamanda qeyd olunmalıdır ki, təbii qazın qaz paylayıcısına topdansatış qiyməti də 1 kub metr üçün 11,8 qəpikdən 13,5 qəpiyə, başqa sözlə 9,4% artırılıb.

Vətəndaşların bir çoxu mexaniki sayğaclarda sıfırlama yanvarın 6-da həyata keçirildiyindən yanvarın 2-dən 6-dək olan müddətdə qaz istehlakı hansı tarixlə hesablanacağının necə olacağını soruşur. Eləcə də smart-kart sayğaclara yeni qərardan öncə yüklənmiş məbləğ hansı tarifə əsasən hesablanacağı maraq doğurur.

Yenisabah.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyi məsələyə aydınlıq gətirib:

“Ümumən sayğaclarda yenilənmələr artıq başa çatıb. Hazırda sistem üzərindən yeni tarifə hazırlıq prosesi gedir.

Tutaq ki, vətəndaş dekabr ayının sonu özünə məxsus smart-karta müəyyən məbləğ ödəniş yükləyib. Onu öncəki tariflə yüklədiyi üçün əvvəlki qiymətlə işlədəcək”, - deyə birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər